a maslyakovKVN-in Bakı – Azərbaycan liqası ləğv edilib.

araz.az xəbər verir ki, bu barədə Soçidə keçirilən KiViN-2022 KVN komandalarının Beynəlxalq Festivalının nəticələrinə əsasən qəbul edilən qərarda qeyd olunub.

Qərara əsasən, aşağıdakı liqalar “KVN-in rəsmi liqası” statusundan məhrum edilib:

1. Bakı – Azərbaycan liqası

2. Bişkek – Ala-Too liqası

3. Vladimir – Rus Vladimiri liqası

4. Vışnik Voloçek – Kiçik şəhərlər liqası

5. İrəvan – Ermənistan liqası

6. Kişinyov – Moldova liqası

7. Tomsk – Tomsk liqası

8. Xarkov – Vostok.ua

9. Barnaul – Altay liqası

10. Yekaterinburq – Sverdlovsk liqası

11. Adıgey (Maykop) – Adıgey liqası.

Qeyd edək ki, KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakovdur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.