media inshot 20220130 201230132 9pr42mxhb1lqn3i6fugc 620x460Bakı şəhəri Binəqədi rayonunda, 2001-ci ildə doğulan, 217 saylı məktəbin məzunu Cavid Telman oğlu Paşazadənin xatirəsi yad olunub.

Binəqədi rayon camaatı, oxuduğu məktəbin müəllimləri, eləcə də ictimai təşkilatların üzvlərinin iştirakı ilə şəhidin təhsil aldığı 217 saylı məktəbin yaxınlığında Cavid Paşazadənin adına bulağın açılışı olub.

Açılışda şəhidin anası Sədaqət Paşayeva çıxış edərək , bildirib ki, Cavid üç bacının bir qardaşı idi. Cavid həyatsevər, ata-anaya, qonşuya, böyüyə-kiçiyə hörmət edən bir gənc olub.

Oğlumun adına açılan bulaq, məndə fərəh hissi yaradir. Sulutəpə yaşayış massivindən keçən hər kəs, üzbəüz məhəllədə oxuyan məktəblilər ayaq saxlayıb, balamın qara mərmərdə şəkli vurulmuş bulaqdan su içəcəklər. Nə qədər ki, bu bulağın suyu qurumayıb, demək mənim balam da o qədər sağ olacaq, dedi.

Daha sonra Cavid Paşazadənin təhsil aldığı məktəbin dərs hissə müdiri Nüşabə Əhmədova açılışda çıxış etdib, o vətən uğrunda şəhidlərin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu qeyd etdi. Əlavə olaraq xatırlatdı ki, dərs dediyi məktəbdə Birinci Qarabağ döyüşlərində iştirak edən daha üç şəhid təhsil alıb.

Binəqədi rayonundan 2020-i ildə döyüşə gedib qayıtmayan 76 oğul şəhid olub. Cavid Paşazadə, öz tərbiyəsi və əməksevərliyi ilə də istər məktəbin müəllim həm də şagird kollektivinin məhəbbətini qazanmışdı.

Məktəbi bitirən kimi ailəsinə kömək etməkdən ötəri, fəhləlik edirdi. O özünün müddətdən artıq hərbi xidmətini başa vursa da, Vətən uğrunda döyüşlərdə iştirak etməyə qərar vermişdir.

Azərbaycan belə qeyrətli oğulları ilə güclüdür.
Şəhid və qazilərimizin qəhrəmanlıq tarixlərini yazan jurnalist Aida Eyvazlı Göytürk müəllifi olduğu “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyini 217 saylı məktəbin dərs hissə müdirinə təqdim edərək, şəhidlərin uca məqamından, türk dünyasının qəhrəmanlıq tarixinə adlarını qızıl hərflərlə yazdığından danışdı. Bildirdi ki, 2020-ci ildə şəhid olan vətən oğullarının və döyüşən qazilərin qəhrəmanlığından bəhs edən yeni kitablarını hazırlayır.

Tədbirdə Binəqədi rayonundan olan şəhid zabitlər Xəqani Əsgərovun və Vüsal Rüstəmovun anası , Elşən Musayevin qardaşı da çıxış edərək, öz övladlarının və doğmalarının qanları ilə yazdıqları tarixlə qürur duyduqlarını söylədilər.

Daha sonra Cavid Paşazadənin çalışdığı şirkətin direktoru Eldəniz Hüseynov danışdı. O Cavidin öz işində necə intizamlı, namuslu, hər zaman evinə çörək aparmaq üçün əziyyətə qatlaşan bir qeyrətli oğul olduğunu söylədi. Bildirdi ki, öz əməli və dürüstlüyü ilə işlədiyi kollektivdə hər kəsin hörmətini qazanmışdı. Bizim kollektivin əməkdaşları bu gün də şəhid Cavid Paşazadənin xatirəsini unutmur.

Şəhid zabit Ramiq Mikayılovun qardaşı Ağa Mikayılov öz qardaşı haqqında danışdı. Söylədi ki, onun qardaşı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasını bitirmiş şərəfli bir zabit idi. Əsgərləri ilə arasında xüsusi nizam-intizam qaydası var idi. Əsgələrindən söz düşəndə Cavid Paşazadəni oğlu kimi sevdiyini deyirmiş. Komandiri Ramiq Mikayılov şəhidlik məqamına yüksələndən olandan sonra, Cavid anasına zəng vurub deyir ki, ana, məni gözləməyin, komandirimdən sonra yəqin ki, mən də çox yaşamaycağam, şəhid olacağam. Cavid şəhidliyi ilə həm də özünə ideal bildiyi komandirinə qovuşub.

Tədbirdə Vətən Müharibəsi Əllillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, Birliyin Binəqədi rayonu üzrə nümayəndəsi Yasəmən Qəyyumlu, Azərbaycan Qarabağ Müharibəsi Əlil Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov da 44 günlük müharibədə qazandığımız şərəfli döyüş tariximizdən, Ali Baş Komandan İlham Əliyevin şəhid və qazi ailələrinə verdiyi yüksək dəyər və qayğıdan danışdılar.

Şəhid adına açılan abidələrin hər birinin gənc nəslin və gələcək nəslin tariximizi unutmaması üçün böyük örnək olduğunu bildirdilər.
Tədbirin sonunda 217 saylə məktəbin şagirdləri vətən və şəhidlərimiz haqqında şerlər oxudular.

Cavid Telman oğlu Paşazadə, 19 yaşında- 2020-ci il oktyabrın 29-da Xocavənd rayonunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

image-img_20220130_195503_706 image-img_20220130_195431_348 image-img_20220130_195808_796image-img_20220130_195659_300 image-img_20220130_195938_587  image-img_20220130_200100_733 image-img_20220130_200212_253 image-img_20220130_200247_890image-img_20220130_200335_918  image-img_20220130_200412_647 image-img_20220130_200529_524

araz.az xəbər portalı.

araz.az xəbər portalı.