1643621556 fazilmustafa12“Məgər öz vətəndaşlarımız qadağan olunmuş quşları, heyvanları vurmur? İndi belədir, pulunu ver, harda, nəyi istəyirsənsə get vur. Guya ərəblərin elədikləri Azərbaycanda baş vermir? Belə çıxır ki, 2-3 nəfər ərəb gəlib genefondumuzu məhv eləyib gedir? Yaxud da ərəblər olmasa, Azərbaycanda yüngül əxlaqlı qadınlar elə işsiz-gücsüz qalacaqlar? O qadınlara bizimkilərdən yaxınlaşan yoxdur? Deməyim odur ki, bütün bunların hamısı turizm əlayhinə aparılan bir kampaniyadır. Əgər ərəb turist qanunazidd hərəktə edibsə, ortada konkret cinayət əməli varsa, cinayət işi qaldırıb həbs edin. Bu başqa məsələdir. Biz deputatlar Milli Məclisdə turizm haqqında qanun qəbul elədik. Həmin qanunda turistlərin ölkəmizə gəlməsinə imkanların yaradılması nəzərdə tutulur. gəlsinlər. Ancaq görünən budur ki, hansıa dövlət qurumlarında buna mane olan insanlar var. Onlar istəmirlər ki, ölkənin turizm potensialı artsın, dövlətimiz pul qazansın. Turistin nə ərəbi, nə ingilis, nə də fransızı olmur. Turist hardan gəlirsə gəlsin, bizim işimiz onlara imkan yaratmaqdır”.

araz.az  Azsiyaset.com-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputat F.Mustafa bildirib.

Ərəb turistlərin ölkəmizə etdiyi səfərlərə münasibət bildirən deputat daha sonra qeyd edib ki, ərəb turistlərin qadağan olunmuş quşları ovlaması ilə bağlı absurd məsələləri qaldırırlar:

“O quşları hansı şəkildə yoxlayıb qadağan olunmuş heyvanlar kateqoriyasına salıblar? Bu, sadəcə təbliğatdır. Yazırlar ki, ərəb turist yolu keçəndə yerə tüpürdü. Məgər ölkəmizdə yolu keçəndə yerə tüpürən azərbaycanlı yoxdur? Ancaq o məsələ də var ki, bəli, turistlərin qarşısında tələblər qoyulmalıdır. Eyni zamanda turistin qorunmasına da dövlət təminat verir. Əgər turisti aldadadıb soyacaqsansa, hansısa məhsulu ona 10 dəfə baha qiymətə satacaqsansa, həmin turist bu ölkədən qaçacaq, bir də gəlməyəcək. Ona görə də biz turizmi inkişaf etdirmək istəyiriksə, ilk olaraq bu təbliğatın özündən başlamalıyıq. Ərəblərdən vəhşi bir obraz yaradırlar. Yaxşı, o ərəb vəhşidirsə, ərəb bir din gətirib, hamınız da o dinin içindəsiniz. Bəs bu necə olur?Əgər ərəb vəhşidirsə, dinindən də imtina edin”.

F.Mustafa onu da əlavə edib ki, “Turizm haqqında qanunda bildirilir ki, ölkəmizə gələn turistə ölkənin dəyərləri barədə məlumat verilməlidir:

“Onlar bilgi sahibi olmalıdır. O vaxt – Bakıda ali təhsil aldığımız zamanlarda bir də görürdün ki, bir zəncini döyürlər, öldürürlər. Səbəb də bu idi ki, həmin zənci hansısa qızın arxasınca düşür. Zəncilərlə bağlı kapmaniya gedirdi. Axı bu zənci pul ödəyib, sənin ölkənə gəlib. Bunun da qayda-qanunları var axı. Həmin zənci gedib normal bir adama sataşmayıb ki… Kimsə istəyibsə, o zənci ilə yaşayıb. Buna görə zənci öldürülməlidir? Deməyim odur ki, belə məsələlər süni sürətdə çox cəmiyyətdə yayılır”.

Turizm çox böyük gəlir sahəsi olduğunu bildirən F.Mustafa qeyd edir ki, turist bir qapalı oteldə hansısa iş görürsə, gedib onu güdməliyik ki, burda nə iş görürsən?

“Turist bura istirahətə gəlib. Kimisə evindən çıxarıb otelə aparmayıb ki… İndi turistə namus kodeksi qəbul etdirək? Təbii ki, bütün bu məsələlərə dövlət nəzarət yetirməlidir. Amma bütünlükdə bunu ərəb adı ilə simvollaşdırmaq olmaz. 22 ərəb dövləti var, hərəsində də bir fərqli mədəniyyət. Azərbaycana İrandan gələn turist var, indi ona deyək ki, niyə içirsən? Halbuki İranda içki qadağandır. O, bura əylənməyə gəlib, çünki orada əyləncə mümkün deyil. İndi hansısa “massaj salonu” açıqdırsa, kim istəsə ora gedəcək. O “massaj salonu”na ərəb getməsə, azərbaycanlı gedəcək. Biz turizmi inkişaf etdirmək istəyiriksə, həm də müəyyən qaydaları onların qarşısında qoymalıyıq ki, bu bizim qırmızı xəttimizdir. İzah olunmalıdır ki, qanun buna icazə verir, buna vemrir. Amma biz bütün məsələləri azərbaycanlaşdırırıq. Əfqanıstanda “Taliban” içkini qadağan edib, indi bir əfqan gəlib burda içirsə, nə edək, deyək ki, içki içmə? Axı eyni hərəkəti burada minlərlə azərbaycanlı edir. Onlar da ərəbdir? Bütün bunları bir xalqın adı ilə simnvollaşdırmaq olmaz”.

F.Mustafa qeyd edir ki, ov turizminin qanuna salınması ilə bağlı məsələ qaldırıb:

“Ancaq qanuna salmadılar. Ov turizmi nədir? Müəyyən bir yer ayırırsan, turist də gedib orada ov eləyir. Deyək ki, turist bir qabana görə 10 min manat ödəyir. Bütün dünyada belədir, buna imkan yaratmaq lazımdır. O ki qaldı “Qırmızı kitab”a düşən quşlara… Deyim ki, bizdə artıq insan qırmızı kitaba düşür. Biz indi insanları qoruya bilmirik. Ora heyvanları yox , alimləri salmaq lazımdır. Ölkədə normal 3-5 nəfər alim qalıb. Onlar düşməlidir o kitaba. İndi ortaya düşüb quş qoruyacağıq? Bütün bunları vahiməli şəkildə təqdim etmək turizmə ciddi zərbə vurur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.