379B9EC0 4A0C 435D A666 2A4A64FE481A 660x330

Fuad Muradov Diaspor Komitəsinə rəhbər təyin olunandan sonra, gördüyü ilk işlərdən biri Ukraynada fəaliyyət göstərən və bir-biriləri ilə uzun illər boyu dava-qırğında olan diaspor təşkilatlarımızı birləşdirmək oldu.

Ukraynadakı diaspor mövzusunda çox yazdığım üçün, prosesin yalnız görüntü xarakteri daşıdığı qənaətindəydim. Məhz buna görə də həmin birləşməni “məcburi kleyləmə” kimi təqdim etmişdim.

Demək yanılmamışam. Bir neçə gün əvvəl kleyləmədə iştirak edən tərəflərdən biri olan Rovşən Tağıyevin dəstəsi adından mediaya bir müraciət daxil oldu. Təbiidir ki, müraciətin baş ideoloqu Rövşən bəyin özüdür.

Adam Fuad Muradovdan Prezidentə şikayət edir ki, bəs, Dövlət Komitəsi ona yox, SOROS-un yetirməsi olan digər diaspor fəalı Hikmət Cavadova dəstək verir.

Əminəm ki, Rövşən bəydə Hikmət müəllimlə bağlı bu məlumat əvvəl də olub. Onda sual yaranır: bəynmədiyiniz SOROS-un tələbəsilə niyə “kleylənirdiniz”?

Bir də, diaspor təşkilatlarımız niyə yalnız dövlətdən nəsə qoparmağa çalışırlar? Başqa millətlərin diasporu öz dövlətlərinə əlindən gələn dəstəyi verir, bizimkilərin isə çalışıb-vuruşduğu yalnız dövlətdən nəsə əldə etməyə yönəlib.

Bura – pula, dövlət təltiflərinə olan hədsiz həvəsi aid edə bilərik. Təbiidir ki, belə yararsız fəaliyyəti stimullaşdıran başlıca amil Diaspor Komitəsinin yarıtmaz fəaliyyətidir. Çünki büdcədən ayrılan vəsaitlərin və dövlət təltiflərinin dədə malı kimi öz yaxınları arasında bölüşdürməsini həyata keçirir.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

araz.az xəbər portalı.