tikinti1“Azərbaycanda ən qeyri-sağlam biznes tikinti sahəsidir. Rastıma düşənlərin heç biri dürüst deyil!”

araz.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

“SSRİ-də inşaatçı hörmətli, tacir isə əliəyri peşə sahibi hesab olunurdu. Qərbdə isə əksinədir: inşaatçılara dələdüz, tacirlərə isə möhtərəm peşə kimi baxırlar. Ticarət sahəsində rəqabət var, tacirlərin fəaliyyəti xeyli şəffafdır. Tikinti sahəsi isə məhdud dairəli və qeyri-şəffafdır. Adi müqayisə: Ölkəmizdə istənilən qədər dükan var. Alış-veriş də göz qabağında. Tikinti şirkətləri isə başdan ayağa korrupsiyaya bulaşıb. Satdıqları daşınmaz əmlakı belə düzgün rəsmiləşdirmirlər. Mən hələ tikdikləri binaların keyfiyyəti barədə danışmıram. Odur ki, tikinti şirkətləri ilə təmasda olanda ehtiyatlı olun: qarşınızdakının fırıldaqçı olması ehtimalı çox yüksəkdir. Onlarla sənədləşmədə diqqətli olun!” – Ə.Həsənov qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.