Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmanla Bakı Nəqliyyat Agentliyi Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Bəs bu qərar paytaxtda nəqliyyatın idarəedilməsi sisteminə hansı formada təsir edəcək? Məsələni şərh edən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ilk növbədə agentliyinin nizamnaməsində dəyişikliklər edilməlidir. Agentliyə xarakterik olmayan bəzi səlahiyyətlər digər qurumlara ötürülə bilər. Həmin səlahiyyətlər hansılar ola bilər ?
Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsi nəqliyyat sahəsində idarəetmədə dəyişikliklər edilməsini aktuallaşdırır. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ilk növbədə Agentliyinin nizamnaməsi dəyişməlidir
Ərşad Hüseynov BNA-nın səlahiyyətində hansı məsələlərin ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, ölkə başçısının fərmanına əsasən “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Ərşad Hüseynov qeyd edib ki, sözügedən mərkəz işıqforların qurulması, onlara nəzarət və yollarda nəqliyyat axınının idarə olunması fəaliyyətini həyata keçirib. Hazırda paytaxt Bakıdan başqa, digər ərazilərdə bu səlahiyyətlər DİN-ə aiddir. ”Bu məsələdə də, əvvəlki yanaşmanın bərpa olunduğunu deyə bilərik”-deyə Ərşad Hüseynov vurğulayıb
[bt_youtube url=”‘https://www.youtube.com/embed/BgqauLn9Fc8′” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.