1644328566 aslan“44 günlük Qarabağdakı şanlı qələbəmiz heç kimdə, xüsusilə hakimiyyətdə eyforiya hissi yaratmamalıdır. Qazaxıstandakı hadisələr başlayan kimi bunun altında hansı niyyətlərin durduğunu yazmışdım.

Çoxları yazdıqlarımı ciddi qəbul etmədiyindən bir daha təkrarlayıram. Bütün hadisələr Rusiyanın boyunduruğuna girməkdən imtina edib Türk Dövlətlər birliyinin yaranmasında aktiv rol oynayan, Rusiya Prezidenti Vladimir Putinin hər dəfə ağsaqqal, özünə dost adlandırdığı N.Nazarbayevin başını yemək üçün idi. KTMT qoşunlarının Qazaxıstana girib, N.Nazarbayevin səlahiyyətlərinin əlindən alınmasından, onun ən yaxın silahdaşlarının zərərsizləşdirilməsindən sonra çıxması yalnız bu məqsədə qulluq edirdi. Sonrakı hadisələr bir daha dediklərimi təsdiq etdi. N.Nazarbayev ölkədəki proseslərə təsir edəcək bütün səlahiyyətlərindən məhrum edildi, ona yaxın siyasi, biznes həyatında ciddi fiqur sayılanlar qısa zamanda Tokayevin öz adamları ilə əvəz edildi. Tokayevin hansısa türkçü şəxsin nazir təyin etməsi və bunun ətrafında Rusiya mətbuatının haray salması isə fikir yayındırıcı addımlardır. Bu günlərdə artıq Putinin sözçüsü olan Belarusiya Prezidenti Aleksandr Lukaşenko açıq şəkildə İttifaq dövlətinə kimlərin daxil olacağını bildirdi. Onun Azərbaycanla dedikləri də heç kimi aldatmamalı və biz ehtiyatlılığımızı bir dəqiqə belə yaddan çıxartmamalıyıq”.

araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Görünən isə odur ki, biz bu qədər ciddi bir məqamda dövlətçiliklə yox, şəxsi maraqlar mübarizəsi aparırıq. Belə olmasa son bir həftədə KİV-lərdə Şuşa Bəyənnaməsinin Azərbaycan və Türkiyə Parlamentlərində təsdiq olunması, onun tarixi əhəmiyyəti əvəzinə günlərlə bir oğrunun əsasən reketlərdən ibarət olan başqa bir dəstə ilə yorğan davası gündəm olmazdı. Məhz bir “razborka”dan istifadə edən Ramiz Mehdiyev-Əli Həsənov jurnalistikası son günlər özünü yenidən üzə çıxartdı və hamıya hələ də güc olduğunu göstərdi. Ən azından heç olmasa Putinin artıq açıq-aşkar dünyanı nüvə silahı ilə təhdid etməsini qulaq ardına vurmayaq. Son günlər erməni separatçılarının bəyanatları da onların öz ağlının məhsulu olmadığı barədə də düşünsək, pis olmaz” – A.İsmayılov qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.