araz.az DogruXeber.az-a istinadən bildirir ki, – 07.02.2022-ci il tarixində “Dövlət Satınalma Portalı”nda “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi şəxsi “BMTİP” (VÖEN – 9900084261) ilə “Ölkədə səhiyyə təchizat sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinə dəstək layihəsi” müqaviləsi bağlandığı barəsində məlumat dərc edilib.
Qeyd edək ki, müqavilədə göstərilən məbləğ 2191645.1 (iki milyon yüz doxsan bir min, altı yüz qırx beş – on) AZN olaraq qeyd edilib. Amma, katirovka sorğusu barəsində “Dövlət Satınalma Portalı”nda heç bir məlumat göstərilməyib.
Bu qədər böyük məbləğ müqabilində bağlanmış müqavilə barəsində satınalma portalında ətraflı məlumat göstərilməməsi müəyyən şübhələr doğurur.
Bundan əlavə, 04.02.2022-ci il tarixində “Dövlət Satınalma Portalı”nda “Ərazi Tikinti-Planlaşdırma Mərkəzi” ilə “Alyans Testil” MMC (VÖEN: 2001098501) arasında imzalanan “Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması” (Müsabiqənin adı – “Azərsu”ASC-nin daxili vəsaiti hesabına Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması) müqaviləsi barəsində məlumat dərc edilib.
Bu müqavilədə isə məbləğ 8000 (səkkiz min) AZN-dir.
Müqavilə barəsində digər əsas və ətraflı məlumatlar göstərilməyib.
Həmçinin, eyni gündə – 04.02.2022-ci il tarixində “Dövlət Satınalma Portalı”nda “12 saylı Ərazi Vergilər Departamenti” ilə “NAT CORP” (VÖEN: 1003784151) arasında “Yanğın Təhlükəsizliyin təmin edilməsi” müqaviləsi bağlandığı da dərc edilmişdir. Müqavilədə göstərilən məbləğ 13453 (on üç min dörd yüz əlli üç) AZN-dir. Bu müqavilə barəsində də ətraflı məlumat bölməsi boş saxlanılıb. Katirovka sorğusu barəsində heç bir məlumat yoxdur.
Gördüyünüz kimi, yuxarıda qeyd etdiyimiz hər üç müqavilə barəsində satınalma portalında ətraflı məlumat yoxdur. Yəni, hər üç müqavilə müəyyən şübhələr doğurur.
QEYD: Yazıda adları çəkilən tərəflərin də açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.