Müraciət müəllifləri daha sonra ittihamlarını belə davam etdirirlər: “Azər Əhədzadə musiqi məktəbimizə direktor təyin olunandan sonra Masallı şəhər Onbirillik İncəsənət Məktəbində etdiyi qaranlıq əməllərini burada da rahat şəkildə həyata keçirməkdə davam edir.
Belə ki, Azər Əhədzadənin təklifi ilə musiqi məktəbimizdə 15-ə yaxın müəllimin dərs saatı 4-7 saat artırılıb və onlara verilən maaş direktora çatır. Hər ay Azər Əhədzadə artırılmış dərs saatlarından ümimilikdə 2 min manatdan çox vəsait mənimsəyir. Bildiririk ki, 1 saat dərs saat 35 manat hesablanır”.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
araz.az xəbər portalı.