A497C35A D8F5 41B1 8E83 BF7B116B1489“Azercell” adlı mobil operatorun müştərilərinin cibinə girdiyi barədə məlumatlıydım. Ancaq “əlində tutulmayıbsa, oğru deyilsən” prinsipini rəhbər tutaraq, həmin şirkətlə yalnlz bir qədər məsafəli davranmaq qərarına gəlmişdim. Etirazımı maliyyə boykotu ilə ifadə etməyə çalışırdım.

2011-ci ilin noyabr ayında aldığım (051) 990-00-77 nömrədən daha çox zəng qəbul etmək üçün istifadə edirdim. Rəhbərlik etdiyim Azinforum.az saytında əlaqə vasitəsi kimi həmin nömrəni qeyd etmişəm. Az istifadə etməyimə baxmayaraq, nömrənin balansına kontur yükləmişəm.

Bir neçə gün əvvəl baxdım ki, nömrə tam bağlanıb. Balansımda 120 manatdan artıq kontur vardı. Bu gün müştəri xidmətinə yaxınlaşdım, dedilər ki, nömrənizə kontur yükləmədiyiniz üçün nömrəniz ləğv edilib. Nömrə qardaşımın adına olduğu üçün dedilər ki, şəxsiyyət vəsiqəsilə yaxınlaşıb 5 manat versin, nömrəni bərpa edək.

Soruşdum ki, balansdakı kontur qalırmı? Cavab belə oldu ki, yox, həmin kontir şirkətin hesabına keçib. Buna dələduzluqdan , oğurluqdan, vətəndaşın cibinə girməkdən başqa adı vermək olarmı?
Bəs, şirkətin sosial, mədəni məsuliyyəti harda qaldı? Götürüb həmin balansdan 5 manatı keçirib, cibə girməsəydi, mən normal qarşılayardım. Mən həqiqətən də balansı artırmağı unutmuşam. Buna görə, mütləq nömrənin və balansın dalına keçmək lazımdır?

Mövqeyim belədir ki, “Azercel” cibimdən oğurladığı 120 manatı geri qaytarmayana kimi, həmin operatorun xidmətindən istifadə etməyəcəm və əhalimizə dünyadakı qiymətlərlə müqayisədə ən bahalı xidməti göstərən operatorun fırıldağını ifşa etməyə davam edəcəm.

Mesaj gəlib ki, şikayətiniz qeydə alınıb, 5 iş günü ərzində baxılacaq. Bilirəm ki, özlərini haqlı çıxaran şablon cavab verəcəklər. “Azercell”-dən konturumu özümə qaytarmasını səbirsizliklə gözləyirəm!

araz.az xəbər portalı.

P.S. Kim bu şirkətin oğurluğu ilə bağlı nə bilirsə yazsın!

araz.az xəbər portalı.