REAL Partiyası 33 və 35 saylı Xətai seçki dairələrinin ərazisində seçki tələbi ilə imza toplayacaq.
araz.az-ın xəbərinə görə, bu barədə partiya sədri İlqar Məmmədov məlumat verib.
“Bu və bir neçə başqa dairələrin nəticəsi 2 il əvvəl ləğv olunub. Konstitusiya deputat sayını 125 kimi göstərsə də, 2 ildir Konstitusiya pozulmuş durumdadır, cəmi 120 təmsilçi var. Bəzi ölkələrdə parlamentdə üzvlük müddəti cəmi 2 ildir, bizdə isə 200 min seçici 2 ildən çoxdur təmsilçisiz qalıb. Nə qədər imza toplayaq? Nəzəri baxımdan dairədə qalib olmaq üçün 1 səs də kifayət edir. Yəni 40 min seçicidən cəmi 1 nəfər gəlib kiməsə səs versə, o şəxs deputat sayılır. Amma nəzəri norma ilə məhdudlaşmadıq, faktiki mənzərəyə baxdıq. Son seçkidə, yəni 2020-ci ilin fevralında ölkədə ən az səslə qalib gələn deputat bütün seçicilərin 5,65 faizinin səsini qazanıb. Xətai-33 üçün nisbətdə bu edir 2690, Xətai-35 üçün isə 2205 seçici. Yəni nəzəri-praktiki baxımdan seçilmək üçün minimum belədir. Bu rəqəmlər heç bir hüquqi məcburiyyət yaratmır, daha çox rəmzidir, amma siyasi yükə malikdir. Ona görə imza toplamanı onların üzərindən quracağıq. Daha 3 boş qalan dairədə hansısa partiya ya da ictimai qrup istəsə, imza toplasın. Bizim aksiya son nəticədə onlar üçün də keçərlidir” – İ.Məmmədov bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.