1644657429 1019051

Sürücülər bəzi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməmələrindən və bunun üçün müxtəlif bəhanələr uydurmalarından şikayətçidirlər. Onlar deyirlər ki, hətta bir çox sərnişinlər kəmərlə bağlı sürücünün xəbərdarlıqlarına məhəl qoymurlar.

araz.az  xezerxeber.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi də təhlükəsizlik kəməri ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə sürücülərə hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini taxmaları və bütün sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etmələrinə çağırış olunub. Ancaq görünən odur ki, bəzi sürücülər bu çağırışa riayət etmirlər.

Nəqliyyat eksperti İlahə Əhmədova hesab edir ki, nəqliyyat vasitəsi təhlükəsizlik kəməri ilə təchiz olunubsa, bütün sürücü və sərnişinlər ondan istifadə etməyə məcburdurlar.

Qeyd edək ki, sərnişinin təhlükəsizilik kəmərindən istifadə etməməsinə görə sürücüyə cərimə nəzərdə tutulmayıb, bunun üçün yalnız sərnişin özü 30 manat məbləğində cərimə olunur. Sürücünün özünün bu qaydanı pozmasının cəriməsi isə 40 manatdır. Yalnız operativ nəqliyyat vasitəsinin sürücü və ya sərnişinlərinə, arxa oturacaqda əyləşən yaşı 12-dən az uşaqlar, təlim zamanı sağda əyləşən təlimçi, geriyə hərəkət manevri edən şəxslər və hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

[bt_youtube url=”‘https://www.youtube.com/embed/3a8hkd3_asc'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.