“Hörmətli Erkin Qədirlini tanıdığım qədər səmimi insandır. Ancaq “Yıxılanı baltalamaq olmaz” fikrinin reallığı əks etdirməsi ilə razı deyiləm. Mən də yıxılanı baltalamağın tərəfdarı deyiləm və bunu etmirəm. Birmənalı olaraq. Cəsarəti olan, məmurun vəzifədə olduğu zamanda tənqid etsin. Nə var yıxılanı vurmağa? Razıyam ki, bizdə yıxılanı vurmağa meyllənən çoxdur. Yıxılsaydı, bu qədər insan ona qarşı birləşər və va birləşdirilərdimi? Amma hörmətli Ramiz Mehdiyev yıxılmayıb axı. Təhlükəsizlik Şurasının üzvüdür. O boyda AMEA-nın prezidentidir və hələ də qılıncı itidir. O yıxılan zaman bütün ətrafı, qohum-əqrabası da yıxılacaq. Bu ölkəmizin reallığıdır. Amma mən qohumların, oğul-uşağın valideynə görə cəzalandırılmasına qarşıyam və qəti mövqeyimdir”.
araz.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.
“Gərək hər kəs vəzifədə olanda elə hərəkət eləsin ki, düşmən qazanmasın, xalqa düşmən kəsilməsin, çörək verənə də arxa çevirib lovğalıq etməsin. Belə ki, əzizim Erkin müəllim, Ramiz müəllim yıxılmayıb, bir az büdrəyib. Ramiz müəllim gərək xalq üçün də çalışardı, kasıba da həyan olardı, bu gününü də düşünərdi, o zaman ona qarşı indiki hərəkətlər olmazdı. Bu gün xalqa arxa çevirən onlarla məmur var. Özləri üçün çalışır və bir də özündən böyüklərdən sağol qazanmaq istəyir. Başa düşmür ki, özündən yuxarıdakını sevirsənsə və səmimi yaltaqlıq edirsənsə, o zaman elə işlə ki, xalq da səndən yuxarıdakına “sağ ol” desin. Yoxsa sənin yaltaqlanmağına nə ehtiyac? Yaltaqlanan insan özündən başqa heç kimə xeyir verə bilməz. Xalqa arxa çevirəni, yəqin ki, Allah da bağışlamaz” – R.Nurullayev qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.