İctimai iaşə sahəsində əmək müqaviləsi olmadan çalışanlar daha çoxdur. Amma belə şəxslərə tikinti və digər sahələrdə də rast gəlinir. Məhz qeyri-formal məşğulluqla mübarizə çərçivəsində yeni bir elektron sistem tətbiq olunacaq. Bu sistem nələri tənzimləyəcək, aidiyyəti qurumun sədri “Xəzər Xəbər”ə açıqlayıb.
Qeyri-formal məşğulluğa qarşı aparılan mübarizə davam edir. Son 3 il ərzində 400 minə yaxın əmək müqaviləsi sistemə daxil edilib
Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəylinin sözlərinə görə, qeyri-formal məşğulluğa qarşı mübarizə çərçivəsində bu il geniş bir elektron sistem tətbiq olunacaq.
Mustafa Abbasbəyli azyaşlı uşaqların qanunsuz olaraq əməyə cəlb olunmasından da danışıb. Onun sözlərinə görə, bununla bağlı agentliyə şikayətlər daxil olub.
Agentlik sədri deyib ki, həm işəgötürən, həm də işçinin hüquqları gözlənilməklə məsələnin köklü həlli üçün yeni yanaşmalar həyata keçiriləcək.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/eM-ukNoz320’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.