Media həmkarlarımızdan olan xəbər portalı rəhbəri Teymur Rüstəmov, dünən, redaksiyamıza sensasiya doğuran məlumatlar çatdırdı. Doğrudan da, onun üz-üzə qaldığı problem olduqca ciddi olduğu üçün, məsələnin mahiyyəti ilə bağlı hər kəsi məlumatlandırmaq qərarına gəldik. Çünki Teymur Rüstəmov başına gətirilənlərlə bağlı onu bildirir ki, “Yevlax şəhərində fəaliyyət göstərən və Esmira Misirxanovanın işlətdyi “Zeytun” apteki, bir şəhər sakini olaraq, daim onun dərman pereparatlarının aldığı apteklərdəndir: “Esmira xanımın iş üslubu haqda az-çox məlumatlı olduğumdan, daim dərman peraparatlarını həmin aptekdən alırdım. Elə ki, yenidən dərman almağıma ehtiyac yarandı, o halda, 8 fevral 2022-ci il tarixdə “Zeytun” aptekə getdim. Ümumi söhbət əsnasında bəlli oldu ki, almalı olduğum dərman həmin aptekdə yoxdur.
Onu da qeyd edim ki, Sənan adlı həmkarrımız Esmira Misirxanovanın işlətdyi “Zeytun” aptekdə qol qoyulan hansısa qanunsuzluqla bağlı həyata keçirdiyi çəkilişi xəbər portalına yerləşdirib. O, həmin materialın linkini 7 fevral 2022-ci il tarixdə mənim WhatsApp nömrəmə də göndərmişdi. Yəqin ki, onun belə bir addımı atmasına səbəb, mövzu haqqında mənim də məlumatlı olmağıma nail olmaqdır. Elə ki, dərman almaq məqsədilə 8 fevral 2022-ci il tarixdə “Zeytun” aptekdə oldum, həmin vaxt Esmira xanıma: “Bilirsinizmi, sizin işlətdiyiniz apteklə bağlı Sənan adlı şəxs çəkiliş həyata keçirib və hazırladığı mövzunu sayta da yerləşdirilib. Düzdür, çəkilişin silinməsi ilə bağlı Sənandan xahiş etmişəm, o, isə cavabında: “Mən dövlətimə xidmət edirəm, bu işlə aiddiyatı dövlət qurumları məşğul olacaqlar” — deyə, cavab verib. Həmin vaxt Esmira Misirxanova: “Sənan məni şantaj edir və qeyd etdiyin məsələ ilə bağlı, Yevlax ŞPŞ-si rəisinin müavini Əfqan müəllim bir şəxs göndərmişdi. Həmin şəxs bura gəldi və o: “Əfqan müəllim bu işin ört-basdır olunması üçün, məndən 5 min manat pul istəyir” — dedi. O halda, ondan: “Esmira xanıma, sən nə etmisən ki, Əfaqan müəllim səndən belə bir məbləğdə pul istəyir?” — deyə soruşdum. Elə ki, az vaxt keçdi, Esmira Misirxanova mənim yanımda Əfqan müəllimi təhqir etməyə başladı. Həmin vaxt ona: “Xanım, Əfqan müəllim tanıdığım şəxsdir, xahiş edirəm ki, onu mənim yanımda təhqir etmə” — deyib, apteki tərk etdim. Yəni, mən Esmira Misirxanovadan pul tələb etməmişəm, yaxud da ona kiməsə pul ver deməmişəm. Buna baxmayaraq, adı çəkilən bu xanım Yevlax ŞPŞ-də yazmış olduğu ərizəsində, guya ki, mənim ondan 5 min manat pul tələb etməyimlə bağlı şikayət ərizəsi yazıb. Hətta, o, onu da qeyd edib ki, guya, bununla bağlı onda çəkiliş də var və həmin çəkilişi məhkəməyə də təqdim edəcək. Təqribən 5 – 6 gün bundan öncə isə, Yevlax ŞPŞ-nin əməkdaşları mənə zəng edib, şöbəyə gəlməyimi xahiş etdilər. Elə ki, polis şöbəsində oldum, həmin vaxt onlar mənə: “Sənin 5 min manat pul tələb etməyinlə bağlı, Esmira xanım şikayət ərizəsi yazıb” — dedilər. Bir sözlə, məni bu xanımın şikayət ərizəsi əsasında Yevlax ŞPŞ-də 48 saatdan bir qədər artıq saxladıqdan sonra, şəhər məhkəməsinə apardılar. Keçirilən məhkəmə prosesi zamanı Esmira xanım: “Teymur, saninlə heç bir düşmənçiliyim yoxdur, sadəcə olaraq, ŞPŞ-də mənə dedilər ki, ərizəni belə məzmunda yaz. Mən də, ərizəni polis əməkdaşlarının tələb etdikləri məzmunda yazıb, onlara təhvil verdim. Hətta onlar mənə: “Esmira xanım, əgər şikayət ərizəni geri götürərsənsə, o halda, barəndə cinayət işi açacağıq” — dedilər.
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov, problemin varlığını şəxsi nəzarətinə götürəcək və hər kəsin əməlinə hüququqi qiymət verilməsi yöndə, aidiyyatı üzrə lazımi tapşırığını da verəcək. Çünki hər kəs, ələlxüsus, bütün KİV nümayəndələri bilirlər ki, cənab nazir vəzifəsinin icraasına başladığı ilk gündən media mənsubları ilə əməkdaşlığa xüsusi önəm verir və hər zaman haqqı-ədaləti qorumağa da çalışır.
Mövzu diqqətimizdədir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.