16460907696312923819 1000x669Azərbaycanın Moldovadakı səfirliyinin önündəki bağçada Xocalı soyqırımına həsr olunmuş barelyefin açılış mərasimi keçirilib.

araz.az   xəbər verir ki, açılışda Moldova Parlamentinin sədri İqor Qrosu iştirak edib. Həmçinin tədbirə Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri, yerli KİV nümayəndələri qatılıblar.16460907692284240945 1000x669

Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın Xocalı soyqırımına həsr olunmuş müraciətini oxuyub. O qeyd edib ki, barelyefin Kişineu şəhərində açılışı Xocalı soyqırımının Moldovada tanınması istiqamətində aparılan işlərin daha bir təzahürüdür.

Moldova Parlamentinin spikeri İqor Qrosu çıxışında Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi qiymətin verilməsi məsələsinin vacibliyinə toxunub. Bildirib ki, firavan gələcəyi təmin etmək üçün əvvəlcə keçmişdə baş verən bu kimi dəhşətli hadisələrə ədalət prinsiplərinə əsaslanan doğru qiymət verilməlidir.16460907693107412034 1000x669

Barelyefin üzərində “Ana harayı” kompozisiyası, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı barədə sözləri təsvir olunub. Eyni zamanda, barelyefdə Xocalı soyqırımı haqqında məlumatlar öz əksini tapıb.16460907694083244586 1000x669

araz.az xəbər portalı.

araz.az xəbər portalı.