LukasBelarus hakimiyyəti Ukrayna savaşında heç bir rolunun olmamasını bildirsə də, yayılan videogörüntülər başqa reallıqdan xəbər verir. Ukraynalıların söhbətləşdiyi hərbçilər arasında belaruslular gözə dəyir. Martın 1-də Belarus ordusunun Ukraynada görünməsi xəbəri də yayılıb. Qərbin bəyanatlarında da prezident Aleksandr Lukaşenkonun adı çox çəkilir. Hesab olunur ki, Belarus Rusiyaya müharibədə fəal kömək edir.

araz.az  xəbər verir ki, Qərbin bu fəallığa görə Minski cəzalandıracağına şübhə yoxdur. Sanksiyalar da bundan danışır. Belarus iqtisadiyyatı üçün qeyri-sabit dövr başlayıb. Milli valyuta sürətlə dəyər itirir. Ukraynada döyüşlər başlayandan Belarus rublu 20 faizə qədər ucuzlaşıb. Aytı-ayrı müəssisələr də ciddi zərbə alıb.

Belarus zavodları işini dayandırmaq məcburiyyəti ilə üz-üzə qalıb. Sanksiyalar özünü göstərir. Üstəlik, Ukrayna savaşının Belarus bazarına ciddi təsiri var.

“Naftan”ın bir neçə sexindən başqa qalan bölmələri işini dayandırıb. Ukrayna əsas müştərilərdən sayılırdı. İndi Kiyev ticarət barədə düşünə bilmir. Üstəlik, bütün olanlardan sonra Ukraynanın Belarusla birlikdə iş görəcəyinə də inanmağa dəyməz.

“Polimir”də də bənzər vəziyyət yaranıb. Zavod tam gücü ilə işləyə bilmir. Sanksiyalar “Polimir”ə çox böyük zərbə endirib.

“Qrodno Azot”un da gələcəyi qaranlıq görünür. Sanksiyalar zavodda böhran vəziyyəti yaradıb. İşin tam dayanmasına günlər qalıb. “Qrodno Azot” rəhbərliyi çıxış yolları axtarır. Belə görünür ki, zavod iflasdan yaxa qurtara bilməyəcək.

Lukaşenko iqtisadi vəziyyətin pisləşməsini etiraf etmək istəmir. Belarus rəhbəri özünü elə göstərməyə çalışır ki, sanki hər şey qaydasındadır. Ekspertlər isə Lukaşenkonun başqa yolunun qalmadığını bildirir. Dövlət başçısı postunu seçicilərin etiraz səsini boğmaqla qoruya bilib. İndi Rusiya ilə birlikdə addım atmaqdan başqa çarə yoxdur. Lukaşenko Putinlə birlikdə çıxılmaz dalana üz tutub. Belarus iqtisadiyyatını isə bundan da ağır günlər gözləyir. Bu ölkədə etirazların növbəti dalğasını da gözləməyə dəyər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.