putin66“Rusiya Prezidenti Vladimir Putin “KQB” (Dövlət Təhlükəsizlik Komitəsi-red) məktəbini bitirib və bədən dilini idarəetmə qabiliyyəti həddən artıq yüksəkdir. Lakin razıyam ki, son dövrlər – Rusiya və Ukraynada yaşanan hadisələrdən sonra onun bədən dilində və ümumiyyətlə davranışlarında müəyyən fərq müşahidə edilir. Putinin davranışındakı yeniliklərin bilərəkdən olduğu istisna edilmir. O, daha əsəbi və aqressivdir. Nəzərə almaq lazımdır ki, Putin, adətən, aqressiyasını biruzə vermirdi. Onun siyasi deyil, daxili aqressiyası çoxalı”.

araz.az  bildirir ki, bunu siyasi ekspert, psixoloq Azad İsazadə deyib.

Bu müharibənin bizə bir xeyiri oldu“ - Azad İsazadə - Azinforum.az  İnformasiya Portalı

Ekspert bildirib ki, Vladimir Putinin davranışları onun müəyyən qədər özünü itirdiyini deməyə əsas verir: “O, özünü tərsliyə salıb. Ona görə də dodaqlarını sıxır. Əllərinin daim hərəkətdə olması isə onun əsəbiliyini göstərir. Sanki, çıxış yolu tapa bilmir. Barmağını çeynəməsi isə qərarsızlıqdan və yaxud da onun yerinə yetirilməyən əmrlərindən xəbər verir. Təkrar edirəm, o, peşəkardır və ola bilər ki, bütün bunları düşünülmüş şəkildə edir. Özünü dəliliyə vurur ki, hamı ondan qorxub desin ki, Putinin başı xarabdır və hər şeyi edə bilər, ona görə Putinlə dil tapıb onu qıcıqlandırmayaq. Yəni, onun əsəbi görüntüsünün rol olma ehtimalı istisna edilmir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.