“Rusiyaya qarşı iqtisadi sankisyalar heç bir halda müsbət effektini verməyəcək. Çünki Rusiya bundan sonra öz alternativ maliyyə köçürmə sistemini yaradacaq”.
araz.az-ın xəbərinə görə, bunu sabiq deputat Sona Əliyeva bildirib.
S.Əliyeva qeyd edib ki, Kreml Qərbdən Asiyaya istiqamətlənəcək: “Rusiyanın kifayət qədər iqtisadi tərəfdaşları da mövcuddur. İstər ərəb ölkələri, istərsə də Çin, Hindistan və digər Asiya dövlətləri də Ukrayna hadisələri fonunda baş verənləri aydın şəkildə analiz etdikdən sonra Qərblə deyil, Rusiya ilə iqtisadi tərəfdaşlıqlarını daha da artıracaqlar. Bu isə Qərbin Rusiyaya qarşı sanksiyalarının “öldürücülük” dəyərini bir qədər də azaldacaq. Hesab edirəm ki, Ukrayna cəbhəsində baş verən hadisələrdən Qərb də bir sıra ziyanla çıxacaq. Çünki Rusiya Qərb üçün böyük iqtisadi bazar idi. Bu bazarı itirmək Avropanın iri şirkətlərini də əməlli-başlı silkələyəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.