5336869Belarusun Baş Qərargah rəisi Quleviç V.V. istefa verib. 

araz.az  Ukrayna mediasına istinadla bildirir ki, bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko məlumat verib. Onun iddiasına görə, ona göndərilən istefa ərizəsi ilə bağlı sənəd saxta deyil. 

“Belarusun Baş Qərargah rəisi istefa verib. O, Ukrayna ilə döyüşmək istəmir. Amma düşünürəm ki, müharibəni planlaşdırmadan əvvəl, Putinlə birlikdə başlayandan sonra deyil, daha əvvəl düşünmək lazım idi”, – jurnalist vurğulayıb. 

Qüleviçin zərbə qruplarının formalaşdırılması ilə bağlı rəhbərliyin tapşırığını yerinə yetirmək mümkün olmadığı üçün istefa verdiyi də bildirilir. 

Məlumatda həmçinin qeyd edilir ki, belaruslular Ukraynaya qarşı döyüşməkdən imtina edirlər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.