Ukraynanın 128-ci dağ-hücum briqadası ötən gün növbəti dəfə düşmən tanklarına qarşı “Bayraqdar”dan istifadə edib.
ara.az xəbər verir ki, bu barədə Ukrayna mediası Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, düşmənin briqadanın mövqelərini atəş altında saxlayan 3 ədəd T-80 tankını artilleriyaçılar nə qədər çalışsalar da, vura bilməyib. Səbəb isə ərazinin mürəkkəb relyefi olub. Buna görə də havaya “Bayraqdar”lar qaldırılıb. Cəmi bir neçə dəqiqədən sonra “Bayraqdar”lar 2 km hündürlükdən hər 3 tankı məhv edib.
Qeyd edək ki, səhər saatlarında “Bayraqdar”ın Rusiya ordusunun “Buk” kompleksini məhvetmə anının görüntüləri də yayılmışdı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.