Rusiyanın ABŞ-a enerji təchizatının böyük hissəsi neftdən deyil, neft məhsullarından əldə edilir. Bunu ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) statistikası sübut edir.
Neft məhsullarının ABŞ-a tədarükünə görə, Rusiya 2021-ci ildə Kanadadan sonra ikinci yerdə qərarlaşıb – 172,586 milyon barel. Ötən il ABŞ-a idxal olunan neft məhsullarının həcminin 20%-i Rusiyanın payına düşüb.
Eyni zamanda, ötən il Rusiyadan ABŞ-a cəmi 72,608 milyon barel xam neft çatdırılıb. Bu, Kanada, Meksika, Səudiyyə Ərəbistanından sonra dördüncü nəticədir. İdxal olunan neftin ümumi həcmində Rusiyanın payı cəmi 3,3% təşkil edib.
2021-ci il üçün ABŞ-ın ümumi neft və neft məhsulları idxalında Rusiyanın payı 7,9% təşkil edib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ərəfəsində (19 fevral 2022-ci il) ABŞ Rusiyadan neft və neft məhsulları idxalını azaltmağa başlayıb. Artıq fevralın 25-də, müharibənin ikinci günündə ABŞ Rusiyadan maye karbohidrogenlərin idxalını tamamilə dayandırmağa müvəffəq olmuşdu.
Dünən isə ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaları açıqladı. Sanksiyalar ABŞ-ın Rusiyadan neft, neft məhsulları, qaz və kömür idxalını tamamilə qadağan edir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.