1646640431 16dfb4b6 c397 46d0 ad5a c8910554b70bRusiya prezidenti Vladimir Putinin sevgilisi, Olimpiya Oyunlarının qızıl medalçısı bədii gimnast Alina Kabayevanı dörd azyaşlı uşağı ilə birlikdə İsveçrədə gizlətdiyi iddia edilir. Putinin 30 illik həyat yoldaşı Lyudmilladan ayrılmasına səbəb olduğu iddia edilən Kabayevanın 2019-cu ildə əkiz uşaqlarını dünyaya gətirdikdən sonra yoxa çıxdığı deyilir.

Rusiya ordusu Ukraynanın şəhərlərini və dinc sakinlərini atəşə tutarkən, Rusiya prezidentinin özünün isə təsdiq edilməyən məlumatlara görə Altayda gizli sığınacaqda olarkən, onun çoxdankı ehtirası Alina Kabayevanın guya İsveçrədə gizlənir.

araz.az  Moderator.az-a istinadən xəbər verir ki, “Page Six” nəşrinin jurnalistləri məhz bunu iddia edir.

“Putin Ukraynaya və günahsız insanlara hücum edir, onun ailəsi isə haradasa İsveçrədə tənha və təhlükəsiz yerdə gizlənir”,- nəşrin mənbəyi iddia edir.

38 yaşlı Kabayeva çoxdandır İsveçrədə yaşayır. Mənbə iddia edir ki, onun Putindən 4 uşağı- iki oğlu və 7 yaşlı əkiz  qızı var, qızlar Luqano (İsveşrə) yaxınlığında 2015- ci ilin fevral ayında  doğulub.

“Alinanın Putinlə İsveçrədə doğulan iki balaca oğlu və əkiz qızları var. Uşaqların hamısının və mənə elə gəlir ki, elə özünün də İsveçrə pasportu var”,- mənbə iddia edir.

Rəsmi olaraq bu məlumat təsdiq edilmir.

Alina Kabayevanın Vladimir Putinlə sevgi macərası haqqında şayiələr ilk dəfə 2008- ci ildə yayılıb, o zaman Rusiyanın “Moskovski  korrespondent” (“Moskva müxbiri”) qəzetinin dərc etdiyi məqalədə Putinin öz həyat yoldaşı Lüdmila Şkrebneva ilə ayrıldığını və Kabayeva ilə ailə qurmağa hazırlaşdığını yazıb. Rəsmi Kreml məqalədə yazılanları təkzib edib və qəzet tezliklə bağlanıb.

Onun iki böyük qızları barədə praktiki olaraq heç nə məlum deyil. Jurnalistlər əmindir ki, onlar Mariya (36 yaş) və Yekaterinadır (35 yaş).
Həmçinin güman edilir ki, Putinin çoxdankı rəfiqəsindən 3 mart 2003- cü ildə doğulan nikahdankənar Yelizaveta “Luiza” Krivonoqix adlı qızı var. Putinin özü uşaqları haqqında suallardan həmişə yayınıb.

“Mənim şəxsi həyatım var və heç kimin müdaxiləsinə imkan vermirəm. Buna hörmətlə yanaşmaq lazımdır. Mən özlərinin flrtıqlı burunları və erotik fantaziyaları ilə başqalarının şəxsi həyatına müdaxilə edir”,- prezident bu yaxınlarda verdiyi müsahibələrinin birində bəyan edib.

Alina Kabayeva 1983- cü ildə anadan olub. 13 yaşında o, gimnast kimi ilk dəfə çıxış edib və 1998- ci ildə ilk dəfə dünya çempionatının qalibi olub. Kabayeva 2004- cü ildə Olimpiya oyunlarında qızıl medal qazanıb və öz peşəkar idmançı karyerasını 2007- ci ildə bitirib.

Kreml həmişə onun Putinlə güman edilən münasibətlərini inkar edib, lakin uzun illərdir ki, onların evlənməsi haqqında şayiələr dolaşmaqdadır.

Putinin Kabayevanı və onun uşaqlarını İsveçrədə gizlətəsi heç də ən yaxşı qərar olmaya bilər, çünki onun neytral olan ölkəsi Rusiyaya qarşı çıxmaq qərarına gəlib. İsveçrənin Federal Şurası 28 fevralda bəyan edib ki, o, Rusiyanın sanksiyalar siyahısına salınan fiziki şəxsləri və şirkətlərinin  aktivlərini dondurub, bu zaman qeyd edib ki, “maliyyə sanksiyaları Rusiya prezidenti Putinə, baş nazir Mişustinə və xarici işlər naziri Lavrova qarşı tətbiq ediləcək”.

Bunların Putinun uşaqlarına və Kabayevaya təsir edəcəyi aydın deyil, çünki onların hamısının, guya, İsveçrə pasportları var, qadının bank hesabları isə ciddi surətdə gizli saxlanılır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.