resul8“Mənim yaşımda olanlar Sovet rejimini və bu rejimin idealogiyasını çox yaxşı xatırlayırlar. Xüsusilə mən yaşda (yəni 29  yaşından) yüksək vəzifələrdə işləmişlər bu rejimin əcaibliyini çox yaxşı bilir, rejimdən salamat çıxa bilməsinə özü təccüblənir. Tələbə olandan bu günə qədər, heç vaxt heç kimə yaltaqlanmayan, şərəfinə mədhiyyələr söyləməyən birisinin (Kimlərisə tərifləmişəm ürəkdən) saxtalıq üzərində qurulmuş bu ölkənin daxilində “perestroyka”ya qədər salamat qalmağının səbəblərini özüm də anlamamışam. Mixail Qorbaçovun başlatdığı və Boris Yeltsinin davam etdirdiyi “perestroyka” olmasaydı, bu gün Putin kimi bir “KQB” mayoru (o pensiyaya gedəndə podpolkovnik rütbəsini verdilər) gəlib Rusiya boyda bir ölkənin prezidenti ola bilməzdi”.

araz.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev əlavə edib: “Birincisi heç vaxt istefa verməzdi və 10 ildən  sonra maksimum polkovnik rütbəsində pensiyaya gedərdi. İndi tarixin təsadüflərinin nəticəsində belə bir insan bütün bəşəriyyəti nüvə ölümü ilə hədələyir. Məsələ boş-boşuna hədələməyi şişirtməkdən getmir. Bu adam həqiqətən psixiki xəstədir və bu işi görə bilər. Sovet dövründə Siyasi Büro var idi. Atom bombasını işlətməyə o icazə verə bilərdi. İndi bütün səlahiyyətlər bu adama verilib. O öz hərəkətlərini heç kimlə razılaşdırmaya bilər. Təsəvvür edirsiniz, 1979-cu ildə baş katib Brejnev Sovet qoşunlarının Əfqanıstana girməsinin əleyhinə idi. Ancaq Müdafiə naziri Ustinov və XİN Qromıko onu məcbur etdilər…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.