Amerika Birləşmiş Ştatlarında (ABŞ) casusluqda şübhəli bilinən Yelena Brenson adlı qadın saxlanılıb.
araz.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının (KSORS) sədri Elena Brenson 2012-ci ildə Rusiyadan Nyu-Yorka göndərilib. O, 2020-ci ildə isə ABŞ-ı tərk edərək Rusiyaya qayıdıb.
“61 yaşlı Elena Branson ən azı 2011-ci ildən bəri Rusiya hökuməti və rəsmiləri üçün ABŞ-də Rusiyanın maraqlarını inkişaf etdirmək üçün çalışır”, – Deyə məlumatda qeyd edilib.
61 yaşlı qadının, həmçinin Rusiyanın yüksək vəzifəli şəxslərindən əmr aldığı, Valdimir Putinlə birbaşa yazışdığı bildirilib.
Brensona qarşı altı maddə üzrə ittiham irəli sürüldüyü və 35 ilə qədər həbs oluna biləcəyi qeyd edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.