Dövlət Gömrük Komitəsində (DGK) narazılıq baş qaldırıb.
araz.az-ın xəbərinə görə bu barədə Tezadlar.az-a daxil olan məlumatda iddia edilir ki, narazılığın səbəbi sözügedən qrumun işçilərinin narkoloji müayinə olunmasıdır.
Belə ki, işçilər müayinə üçün fərdi qaydada narkoloji dispanserə göndərilir. İşçilər isə bunu “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” ilə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə ziddi hesab edirlər. Eyni zamanda, onların DGK sədri Səfər Mehdiyevin bu göstərişini konstitusion hüquqların pozulması kimi qiymətləndirir.
İddialara görə, bu, işdən çıxarılmaq üçün bir bəhanədir. Halbuki bu halda işçilər şəhadətləndirilməyə göndərilməlidir. Amma bu baş vermir. Əvəzində, fərdi qaydada narkoloji müayinə aparılır ki, işçilər bunu özlərinə təhqir hesab edirlər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.