экрана 2022 03 12 113905Rusiya mətbuatında bolqar falçı Vanqanın öncəgörməsi barədə məlumat üzə çıxıb.

Jurnalistlərin iddiasına əsasən, artıq bu öncəgörmə reallığa çevrilir.

araz.az bildirir ki, “Piterburger.ru” saytının xəbərinə əsasən, Vanqa Suriyadakı hərbi münaqişə barədə illər əvvəl xəbər vermişdi. Nəşrin xəbərinə əsasən, bu öncəgörmə çox qorxuludur və Vanqa bildirib ki, bu münaqişədən sonra Üçüncü Dünya Müharibəsi başlayacaq. Avropa isə xəritədən silinəcək. Eyni zamanda Birləşmiş Ştatlar da məhv olacaq.

Bundan başqa, Vanqanın öncəgörməsinə əsasən, Çin dünya dövləti statusu qazanacaq və Yerin üzərində uça bilən nəqliyyat vasitəsi ixtira edəcək. Eyni zamanda Rusiyanın iqtisadi problemləri olacaq. Amma rusiyalı dövlət başçısı ölkəsini xilas edəcək.

Vanqanın öncəgörməsinə əsasən, neft öz dəyərini itirəcək və zaman keçdikcə neft axtarışı ilə heç kəs məşğul olmayacaq. Portal ehtimal edir ki, bunun səbəbi yeni yanacaq növününü kəşfi olacaq. Bunun sayəsində isə ölkələr arasındakı aqressiya başa çatacaq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.