экрана 2022 03 12 114501Ukrayna rəsmiləri Rusiya rəhbərliyinin Yaxın Şərq könüllülərini döyüşə göndərmək planına münasibət bildirblər.

araz.az  unian.net-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin rəsmisi Mixail Podolyakın fikrincə, Rusiya rəhbərliyinin “kimyəvi silah” iddiası və İŞİD yaraqlılarından istifadə niyyətini Kremlin Ukraynada “Suriya variantı” hazırladığını söyləməyə əsas yaradır.

Podolyakın sözlərinə görə, Rusiyanın rəsmi təbliğat maşını artıq bu istiqamətdə hərəkətə keçib:

“Rusiyanın rəsmi şəxsləri, o cümlədən müdafiə naziri Sergey Şoyqu bildirb ki, dinc əhaliyə qarşı müharibədə İŞİD-in 16 min döyüşçüsü səfərbər ediləcək.

İŞİD yaraqlılarının muzdla tutulması və kimyəvi silahlar haqqında məqsədli bəyanatlar onu göstərir ki, Rusiya Ukrayna üçün “Suriya variantı” hazırlayır.

Qeyd olunur ki, İŞİD “könüllü”lərinin Ukraynaya qarşı döyüşə göndəriləcəyini Putin bu gün keçirdiyi selektor-müşavirədə bəyan edib. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.