WhatsApp Image 2022 03 28 at 19.10.59Rəşad Həsənov, direktorluqdan məhrum etdiyi Həmidovaya direktorluq təklif etdi

Astara təhsilində son vaxtlarda baş verən ilginc hadisələr zəncirinə yeni “həlqə” əlavə olunubdur.
“Astaranın Gənc Alimləri”nin əldə etdiyi ekskluziv məlumata görə, ki, rayonun mənfi mənada məşhur olan təhsil müdiri Rəşad Həsənovun əməlləri ilə bağlı daha bir şok faktın üstü açılıb. Sən demə ki, bir neçə ay öncə, rayonun deputatı Rəşad Mahmudovun Rəşad Həsənovla toqquşması baş veribmiş və nəticədə Həsənov, qorxuya düşərək, geri çəkilib və istəməsə də, deputatın göstərişini icra etməli olub. “Mənə kimsə heç nə edə bilməz, burda xəlifə mənəm!” deyə, təhsil işçilərini və sakinləri “biçən” Həsənov, deputatın qarşısında isə, sözün həqiqi mənasında, “quzu”ya dönübmüş.

Daha dəqiq desək, Həsənovun ifrat özbaşınalığı və rayon ziyalalılarına təhqiramiz münasibəti, Mahmudovun əsəblərini tarıma çəkib və məsələyə müdaxilə edib.

Söhbət, rayonun məşhur müəllimlərindən olan Nuranə Həmidovanın direktorluqdan məhrum olunmasından gedir.

Məlum olduğu kimi, dəfələrlə təhsil müdiri tərəfindən əngəllənən və rüşvət vermədiyi üçün “gözümçıxdıya salınan” Nuranə müəllimə, deputata müraciət etmiş və nəticədə Mahdmudov, köməkçisini Həsənovun yanına göndərərək, etirazını çatdırmışdı. Lakin, görünür ki, səriştəsiz təhsil müdiri bundan sonra da “ağıllanmayıb” və nə etdiyinin fərqinə varmayıb. Nəhayət, 2021-ci ilin yayında, deputatdan daha ciddi xəbərdarlıq gəlibdir və nəticədə, Həsənov, məcbur qalaraq, Nuranə Həmidovaya direktorluq təklif edibdir. Lakin, Həsənovun, xoşlamadığı şəxslərə qarşı nə cür davranması və ən iyrənc üsullara əl atması, xanım Həmidovaya yaxşı bəlli olduğu üçün öz ismət və abrını düşünərək, bu təklifdən imtina edibdir.

Məsələ ilə bağlı fikrini öyrəndiyimiz Nuranə Həmidova, aldığımız məlumatı təsdiqlədi, lakin bu barədə geniş danışmaq istəmədiyini qeyd etdi.

Qeyd edək ki, ölkədə ən yarıtmaz təhsil rəhbərlərindən biri kimi tanınan Rəşad Həsənov, daha öncə Artupa məktəbinin direktorunu (Zaur Hüseynov) sırf şəxsi səbəbdən işdən uzaqlaşdırmış, sonradan Zaur Hüseynov qanunsuzluğu sübut etmiş və ondan üzr istənilmişdi.

anbgh

“Astaranın Gənc Alimləri” İB.

araz.az xəbər portalı.