1648547015 bazarstore12Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

araz.az  Pravda.az-a istinadən bildirir ki, “Bazarstore” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 6-na təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.