1648546151 kard6Bakıda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar olunub.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küç., ev 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Servet Akkuşa məxsus “Kardeşler” un məmulatları ictimai iaşə müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə, temperatur rejiminə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb.

“Kardeşler” nöqsanlara görə cərimələndi - FOTOLAR
araz.az xəbər portalı.

araz.az xəbər portalı.