“Mən həm Rusiyada, həm Azərbaycanda həm də başqa ölkələrdə mənim sözlərimdən “qorxan”, “inciyən” hər kəsdən üzr istəyirəm”.
araz.az xəbər verir ki, bu sözləri “Говорит Москва” radiostansiyası ilə söhbətində Rusiya dövlət dumasının üzvü Mixail Delyaqin bildirib.
Delyaqin belə bir hal yaşandığı üçün təəssüfləndiyini qeyd edib.
Deputat onun səhv başa düşüldüyünü və qonağı olduğu verilişin formatına görə impulsiv davranışlara yol verdiyini vurğulayıb.
Qeyd: “Rossiya 1” və “Pervıy” telekanallarının 28 mart tarixli efirlərində Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyinə qarşı təxribata yol verilib, təhdidlər səsləndirilib. Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycan dövlətini təhdid edib. Bir neçə gün əvvəl isə, Rusiyada Azərbaycanın bir neçə xəbər saytına girişə blok qoyulub. Həmin xəbər saytları əsasən rəsmi xəbərlərə istinad edir, həqiqəti olduğu kimi göstərir. Görünür, Rusiya doğru-düzgün informasiyanın çatdırılmasından narahat olur. Əvəzində isə nəzarətində olduğu telekanallar vasitəsilə ölkəmizi təhdid edir. Bu, yolverilməzdir, qarşısı alınmalıdır, hətta həmin telekanalların Azərbaycan ərazisində yayımının dayandırılması və bəzi saytların girişinə blok qoyulması məsələsi gündəmə gətirilməlidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.