“Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın rəsmi mövqeyini əks etdirmir və onlar qəbuledilməzdir”.
araz.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Xatırlatma: Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov da oxşar bəyanatla çıxış etmişdi.
Qeyd: “Rossiya 1” və “Pervıy” telekanallarının 28 mart tarixli efirlərində Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyinə qarşı təxribata yol verilib, təhdidlər səsləndirilib. Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycan dövlətini təhdid edib. Bir neçə gün əvvəl isə, Rusiyada Azərbaycanın bir neçə xəbər saytına girişə blok qoyulub. Həmin xəbər saytları əsasən rəsmi xəbərlərə istinad edir, həqiqəti olduğu kimi göstərir. Görünür, Rusiya doğru-düzgün informasiyanın çatdırılmasından narahat olur. Əvəzində isə nəzarətində olduğu telekanallar vasitəsilə ölkəmizi təhdid edir. Bu, yolverilməzdir, qarşısı alınmalıdır, hətta həmin telekanalların Azərbaycan ərazisində yayımının dayandırılması və bəzi saytların girişinə blok qoyulması məsələsi gündəmə gətirilməlidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.