“Sahibə xanım Qafarova çox dürüst, peşəkar, işini mükəmməl görən xanım və əsl vətənpərvərdir. Onun üçün Azərbaycanın müstəqilliyi, milli maraqlarımızın müdafiəsi hər zaman birinci yerdədir, ən müqəddəs bir kateqoriyadır. Parlamentdə olduğum müddət ərzində bunu aydın şəkildə görürəm. Ölkəmizi illərdir müxtəlif beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsil edir, Qazaxıstanda MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında da Azərbaycanı çox gözəl təmsil etdi, Ermənistan spikerinin bütün arqumentlərinə lazım olan cavabları verdi, Azərbaycanın 5 şərtinin qəbul edilməsi cavabını aldı. Bu uğurdur!”
araz.az xəbər verir ki, bunu deputat Nigar Arpadarai bildirib.
N.Arpadarai qeyd edib ki, çıxışı zamanı mexaniki olaraq işlətdiyi ifadə nəyinsə göstəricisi deyil: “Bunu yazanlara məsləhət görərdim məzmuna /“kontentə” baxsınlar, sözdən “ilişib” yersiz şərhləri ilə görülən işi yerə vurmasınlar”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.