Martın 30-da Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Əl-Cəzirə Media Şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.
araz.az xəbər verir ki, sənədi Əl-Cəzirə Media Şəbəkəsi rəhbərliyi adından qurumun İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl–Hacc və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev imzalayıblar.
BAMF-ın prezidenti Umud Mirzəyev memorandumun imzalanmasını əlamətdar hadisə adlandırıb.
Sonra Sami Əl-Hacc təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığının tarixi barədə məlumat verib. O, imzalanan sənədin iki təşkilat arasında 10 ildən çoxdur uğurla davam edən sıx əlaqələri daha da genişləndirəcəyini bildirib.
Əl-Cəzirənin şöbə müdiri Hassan Taha Elmogummer çıxış edərək memorandumun “Əl-Cəzirə”ni bütün Azərbaycan mediası üçün əlçatan edəcəyini vurğulayıb. Media Şəbəkəsinin peşəkar təlimçiləri tərəfindən ötən il Azərbaycan jurnalistləri üçün keçirilən təhlükəsizlik təlimlərinin davam etdiriləcəyini deyib.
Medianın İnkişafı Agentliyinin təmsilçisi Pərvanə İbrahimova çıxışında “Əl-Cəzirə”nin istər Birinci, istərsə də İkinci Qarabağ savaşının işıqlandırılmasında fəaliyyətə, həmçinin bitərəf mövqeyinə görə kanala təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Arzu Nağıyev elə də böyük olmayan zaman müddətində Əl-Cəzirə Media Şəbəkəsinin qazandığı beynəlxalq etimad və nüfuzu onun xəbər siyasətini müəyyənləşdirən insanların tərəfsizliyi ilə izah edildiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər imzalanan əməkdaşlıq memorandumunun söz azadlığının təminatı və insan hüquqlarının qorunması ilə bağlı həmrəyliyin nümayişinə, birgə tədbirlərin təşkilinə, qarşılıqlı təbliğat çıxışlarının hazırlanması işinə töhfə verəcəyinə əminliklərini bildiriblər.
[bt_slider uid=”1648717877-624570359842e” target=”_blank” width=”350″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/16486392226433123882_1000x669.jpg” title=”16486392226433123882_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16486392226446618969_1000x669.jpg” title=”16486392226446618969_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1648639222259792370_1000x669.jpg” title=”1648639222259792370_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16486392223197143088_1000x669.jpg” title=”16486392223197143088_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16486392224413227197_1000x669.jpg” title=”16486392224413227197_1000x669.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]araz.az xəbər portalı.
araz.az xəbər portalı.