araz.az Yenixeber.org-a istinadən bildirir ki, araşdırma materiallarına görə Karnegi Fondunun əməkdaşı (ABŞ) T.Qremeh təhlillərinin yekun nəticəsi olaraq göstərir: “…Biz həmişə düşünməliyik; sistemli şəkildə və həmişə düşünməliyik. Necə edək ki, dünyanı Rusiyasız görək? Bu mümkündürmü? Hələlik kəşfiyyat generalının verdiyi sual açıq qalır. Çünki keçmiş İttifaqda baş verən hadisələr onun fikrincə hamını çaşdırıb.
“Oliqarxlar gizlənib…” – deyən general daha sonra yazır. Onların bir qismi artıq xarici ölkələrdə keçmiş ittifaqın vətəndaşlarından ibarət “Legionlar” yaradır və pullarını da həmin istiqamətə sərf edirlər. Ola bilsin xaricdə yaradılmış legionlar hakimiyyət uğrunda mübarizəyə girişəcəklər… Məsələn məlumata görə ötən il milli oliqarxlar Azərbaycan Prezidenti və onun ailəsinə qarşı yalan məlumatlar, təhqiredici fikirlərin təbliğinə 270 milyon dollar xərcləyb.
Xaricə daşınan və oğurlanan pullar görün nəyə sərf edilir. İnsanların ağır və çətin, maddi cəhətdən korluq çəkmələrini nə tez unutdunuz cənablar?
Məgər metrolarda, auditoriyalarda, xəstəxanalarda, uşaq bağçalarında məhz sizin ucbatınızdan əziyyət çəkən həmvətənlərinizi görmürsünüz?
Ötən il ABŞ MKİ-nin Milli Şuranın Kəşfiyyat üzrə sədri cənab Con Qennonun 70 səhifəlik kəşfiyyat hesabatında Azərbaycanın nailiyyətləri, “Müharibə Strategiyası” açıqlanmır. Necə oldu ki, ölkə başçısının “Dəmir yumruq” hərbi strategiyası təbliğ olunmur. Məsələn, biz bu yaxınlarda ölkənin hərbi qoşun kontingentindəki zabit və əsgərlərimizin 250 nəfəri arasında şifahi və yazılı sorğu apardıq. Amma təəssüf ki, bu adamların altı nəfəri yarımçıq cavab verdilər.
Sual verdik: Hərbi Strategiya ilə bağlı neçə kitab oxumusan? Bütün bunlar gələcək tariximizin başlanğıcıdır. (AMEA yatıb… durmaq istəmir. Belə bağlanılsın, yenidən qurulsun).
Hamı danışır. Amma nə danışır, anlamaq olmur.
Fikrimcə cənab Prezident də, əsası olmayan bu hay-küydən bezib. Göstərin, ölkə başçısının zəfərindən danışın. Xaricdə əyləşən bədxahların dəyirmanına su tökməyin, bu xəynətdir.
Xaricdə hazırlanmış informasiya müharibəsi yeni bir fazaya keçir. Düşmən dövlətlərdə sual-cavab gecələri keçirilir. Suala baxın: – Növbəti Azərbaycan Prezidenti kim olacaq?
Fikrimcə Azərbaycan Prezidenti heç vaxt məğlub olmur. O, məğlub olmağı sevmir. Ali Baş Komandanın əlində bu gün “Zəfər strategiyası” var. Bunun qarşısında düşmən də baş əyir. Lal, kar, kor olmayın. Onu niyə təbliğ etmirik? Xatırladım ki, Azərbaycan Diasporunun tərkibində yüksək əxlaqa malik, mənəvi cəhətdən sağlam insanlar çalışır…
Düşünürəm: Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov (keçmiş prezidentin oğlu) prezident seçildi. Olsun… Aşqabad da dostumuzdur. Tacikistan da eyni yolu getməyə hazırlaşır. Bu da olsun… Belorusiya da hazırlaşır… Bu da onlar deyən olsun… Özbəkistan da kürəkənini meydana salıb. Qoy bu da olsun. (Qazaxıstan məlumdur).
Etiraf edim ki, hər belə bir material oxuyanda Azərbaycan Prezidenti, ölkəyə qələbə strategiyasını gətirmiş… İlham Heydər oğlu Əliyevin ailəsində böyüyən, yaşına görə çox şərəfli, güclü məntiqə söykənən siyasi açıqlamaları olan Heydər İlham oğlu Əliyev yada düşür.
Təhlillərə görə sadaladığım ölkə başçılarının prezident kürsüsünə yol almış övladları Azərbaycan Prezidentinin övladı Heydər İlham oğlu Əliyevdən qat-qat geridirlər. Oğul Heydər Əliyev atası kimi inqilablarda, səngərlərdə yetişib. (Bunu mən demirəm, bunu Vaşinqtondakı “Keçmiş İttifaq Respublikalarını Araşdıran Mərkəz”in nəticələri deyir.)
Sadəcə onu təbliğ edən olmayıb. Mənə elə gəlir ki, Azərbaycanda bu istiqamətdə yeni bir addım atılmalıdır.
Ölkənin “Zəfər strategiyası” var. Lakin bu strategiyanın daim əbədi yaşaması üçün bütün mərhələlərdə vətəndaşlıq hüququ qazanmaq üçün “Parlaq İdeologiyası” olmalıdır. Çünki İdeologiya olmadan Strategiyan çox yaşamaz. Hazırda məhz “Zəfər strategiyası” əleyhinə bizim öz pullarımızla anti-Azərbaycan işlər görülür.
Fikrimcə məhz bu ideologiyanı (Məsələn “Milli Birlik ideologiyası”) yaradan da, onu formalaşdıran da, inkişaf etdirən də elə, Heydər Əliyev (nəvə) olacaq. Bu isə şərəfli işdir.
Rövşən NOVRUZOĞLU, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert
araz.az xəbər portalı.