cavansirpasazade2“Bakı klublarının birində ötən gecə baş verən hadisə barədə informasiyalarla tanış olmuşam. Bu bədbəxt hadisəni Allahın qəzəbi adlandırmazdım. Belə hadisələr istənilən ayın, istənilən günündə baş verə bilər, təbiidir. Kaş ki, belə partlayış baş verməzdi. Təəsüf ki, partlayış nəticəsində həyatını itirən və yaralananlar olub. Ölənə Allahdan rəhmət və yaralılara isə şəfa diləyirəm”.

araz.az   bildirir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi deputatı Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, Azərbaycan sivil və dünyəvi ölkədir, yəni insanların inanclarına qarışmaq olmaz: “Ona görə də baş verən hadisəni orucluqla əlaqələndirmək istəməzdim. Gənclərdir, kim istəyirsə, gecə klubunda əylənir. Bədbəxt hadisəni başqa məsələlərlə əlaqələndirmək doğru olmaz. Təəssüf ki, belə hadisələrdən heç kim sığortalanmayıb”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.