Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümüdür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır.
araz.az xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
“İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir. Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. Sahibkarlıq icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır” – qeyd olunub.
araz.az xəbər portalı.