İnvestorlara və onların investisiyalarına tətbiq olunan rejim müəyyənləşir.
araz.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən investorların hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlar və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir. Oxşar vəziyyətlərdə xarici investorlara və onların investisiyalarına yerli investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (milli rejim) tətbiq ediləcək. Oxşar vəziyyətlərdə bir xarici investora və onun investisiyasına digər xarici investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (ən əlverişli rejim) tətbiq ediləcək. Həmin rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi və qərəzli tətbiq edilməməsi şərtilə insanların həyat və sağlamlığının, ətraf mühitin, ictimai asayişin, o cümlədən mühüm təhlükə yarandığı hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması sahəsində Azərbaycan Respublikası qanunlarının tətbiqinə xələl gətirmir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib
araz.az xəbər portalı.
araz.az xəbər portalı.