hebs

Şirvan Apellyasiya Məhkəməsində Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  hakim Elşad əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, U.Qocayevin apellyasiya şikayəti təmin olunmayıb. O, həbsdə saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə U.Qocayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra kemiş bələdiyyə sədri hökmdən narazı qalıb və o, apellyasiya şikayəti verib.

Qeyd: Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlu 2021-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən U.Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində alması müəyyən edilib.

Onun barəsində Cinayət Məclləsinin 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 311.3.2-ci ( Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü ( Rüşvət alma, külli miqdarda törədildikdə) 32.4, 312.1-ci (Rüşvətə təhrik etmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.