253756 o8txtuxkmrSözsüz ki, Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın özü üçün fəlakətə çevrildi. Bəli, Rusiya, göründüyü kimi, daha doğrusu, təqdim edildiyi kimi, güclü dövlət deyil və məhvə məhkumdur. İnkaredilməz faktdır ki, Rusiya — Ukrayna müharibəsi, əslində, Qərb — Rusiya müharibəsidir və elə hədəf də, Federasiyasının məhz özüdür. Rusiya Ukrayna tələsinə öz xüsusiyyətlərinə uyğun salındı və Ukrayna anbisiyası ilə həm Qərbi öz sərhədlərindən çəkindirmək, həm də keçmiş sovet respublikalarına mütləq nəzarətini bərpa etmək niyyətində idi. Ukraynada Rusiya ordusunun vəziyyəti faciəvi şəkil aldıqca, Putin özünü daha da aqressiv aparacaq, müharibə cinayətlərini genişləndirəcək, amma bu xətlə Rusiya onun üçün cızılmış xətti, taleyi dəyişə bilməyəcək.
Rusiya — Ukrayna müharibəsi həlledici fazaya keçib. Əvvəla onu qeyd edim ki, Qərb Rusiyanı elə bir vəziyyətə saldı ki, Moskva müharibədən çıxa və ziyanın yarısından geri qayıda bilmədi. 10 mart Rusiya — Ukrayna danışıqlarının Antalya görüşünə qədər, faktiki olaraq, Rusiya Ukraynada öz ordu gücünün yarıdan çox hissəsini itirmişdi və bu görüşdən müharibədən çıxmağa bəhanə, səbəb əldə etmək istəyirdi. Ancaq Qərb müharibənin dayanmasına haqlı olaraq imkan vermədi və məcbur edildi ki, Rusiya hərbi gücünün son ehtiyatlarından istifadə edib, təmiz müdafiəsiz hala düşsün.
Rusiya da məğlubiyyətini etiraf edib, Ukraynanı tərk etmək əvəzinə, növbəti səhvini buraxdı və ordusunun son qalıqlarını səfərbər edərək, müharibənin növbəti fazasına başladı. Qərbə də məhz bu lazım idi ki, Putin hikkəsindən Rusiyanın özünə qarşı istifadə olunsun.
Növbəti mərhələ Rusiyanın ordu qalıqlarını məhv etməklə, müharibəni Federasiya ərazisinə keçirməkdir. İlk növbədə, Donbasın azad edilməsi plandadır. Krımın azad edilməsi isə, Putin hakimiyyəti dövründə nüvə silahından istifadəyə gətirə bilər. Bu ehtimallara əsasən, Krımın azad edilməsi Putinin hakimiyyətdən getməsindən sonrakı vaxta saxlanılır. Rusiyanın Ukraynada rüsvayçı məğlubiyyəti, Donbasın azad edilməsi, müharibənin Rusiya ərazisində hiss edilməsi, rus oliqarxlarının və siyasi elitasının düşdüyü real vəziyyət, ölümcül iqtisadi durğunluq və böhran Putin hakimiyyətinin birmənalı sonunu gətirəcək. Sözsüz ki, Putin devrildikdən sonra, salamat qalarsa, harada olsa da müharibə cinayətkarı kimi mühakiməsi tam mümkündür. Yekun olaraq qeyd edim ki, Rusiya Ukrayna tələbindən çətin slamat buraxılsın. İndiki əraziləri daxilində mövcudluğu çox böyük sual altındadır.
Rusiyanın Ukrayna müharibəsində tam zəifləməsini Qərb və NATO ilə yanaşı gözləyən digər ölkələr var ki, birbaşa Rusiyaya qarşı müharibə edəcək. Bu sırada Yaponiya birinci yerdədi, Çin də Rusiyaya qarşı pusquda duran əsas ölkələrdən biridir. Avropa istiqamətində isə, bir sıra dövlətlərin sərhədlərinin dəyişəcəyi ehtimalı da çox yüksəkdir.
Çanaqqala zəfərinin yüzilliyi ərəfəsində özünü büruzə verən və həmin o müəyyənləşdirilmiş yeni düzən yekun mənzərəni formalaşdırır. Yeni düzənin “osu” isə, türk, anqlo-sakson sütunudur.
O ki, qaldı Xankəndində və ətraf ərazilərimizdə olan ruslara, Moskvanın Azərbaycanda, ələlxüsus Xankəndində yeni-yeni təxribatlara əl atmaqla hakim olduğunu göstərməyə çalışacaq. Onun son nəfəsinədək daha böyük təxribatlar törədəcəyi şübhəsizdir. Rusiya Azərbaycanın istəklərinə qarşı çıxmaq imkanlarından məhrumdur, Azərbaycan Xankəndi və ətraf ərazilərlə bağlı istəklərini yaxın zamanlarda reallaşdıracaq, ancaq hədəflərimiz tarixi ərazilərimiz kimi, daha böyükdür. Rusların nəinki Qarabağdan, ümumən Cənubi Qafqazdan getməsi mütləq prosesdir.

Vüqar DADAŞOV,
MCP SŞ-nın üzvü, Qarabağ müharibəsi qazisi, politoloq,

araz.az xəbər portalı.