“2018 və 2019-cu illərdə xalqa bildirməli idim ki, bütün dostlarımız və tərəfdaşlarımız, istər uzaq, istərsə də yaxın olanlar Qarabağdakı yeddi rayonu Azərbaycana təslim etməyimizi gözləyirdilər”.
araz.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zaman deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağı tərk etmiş Azərbaycan əhalisinin gələcəyi, eləcə də taleyinin müəyyən edilməsi prosesinə hərtərəfli cəlb olunmasını gözləyir.
“Əraziləri təslim edərək, minlərlə insanın həyatını xilas edə bilərdim. Bunu etməkdən imtina etməklə, əslində, minlərlə insanın ölümündə günahkar oldum” – deyə, Paşinyan əlavə edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.