“Azərişıq” ASC məhkəməyə verilib.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu barədə “Azneftemaş” ASC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Şirkət elektrik istehlakı ilə bağlı tələb irəli sürüb.
İş hakim Fərrux Qasımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprein 15-nə təyin edilib.
Qeyd: “Azneftemaş” ASC-nin prezidenti Şahmar Rüstəm oğlu Vəliyevdir. Ş.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.