1649842634 nehrem“Nehrəm” Mənzil Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

araz.az  Pravda.az-a istinadən bildirir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.