“Məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllimlər var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənməsinə vasitə kimi baxırlar. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər”.
araz.az xəbər verir ki , bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.
O qeyd edib ki, həmin müəllimlərlə iş aparılmalıdır: “Çünki 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.