AZERSU12

Bakıda dələduzluqda təqsirləndirilən Elgün İmranlının barəsində olan hökmdən kassasiya şikayəti verilib.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası aprelin 27-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

İttiham aktına əsasən, “Azərsu” ASC-nin sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, o, zərərçəkmiş Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verib. Lakin sonradan E.İmranlı verdiyi vədə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında o, məhkəmə zalında həbs olunub. Hökmə əsasən, E.İmranlı 9 il müddətinə azadlıqdan məhrum edilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.