etibarVəkillər Kollegiyasının üzvü Elçin Sadıqov barəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinə (VKRH) şikayət edilib.

araz.az  xəbər verir ki, bu barədə vəkil özü bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov özünə məxsus “Orxan-TİT” MTK şirkətinin adından VKRH-ə şikayət etdirib: “Barəmdə intizam icraatının başlanması tələb olunur. Bu tələb tamamilə əsassızdır. Maraqlananlar üçün deyim ki, şirkətin vəkili Fuad Ağayevdir”.

Vəkil Fuad Ağayev isə bildirib ki, həmin şirkət E.Məmmədova məxsus deyil və bu məlumat həqiqəti əks etdirmir: “Məhkəmə prsosesində Elçin Sadıqov 6 bacı-qardaşa qarşı əks gedən 1 qadını müdafiə edir. O qadın Azərbaycanda daimi yaşamır. Əslində mübahisə şirkətlə o qadın arasında deyil, bacı-qardaşlar arasında olan mübahisədir. Mən şirkətin hüquqşünası deyiləm. Şirkəti məhkəmədə konkret prosesdə vəkil kimi təmsil edirəm. Elçin Sadıqovun bu elementar hüquqi anlayışlardan məlumatı zəifdirsə, bu, mənim təqsirim deyil. Ondan fərqli olaraq, ehtiyac oldu-olmadı apardığım proseslər barəsində KİV-ə məlumat vermirəm. Uduzmağı bacarmaq lazımdır. Nəzərə alsaq ki, iş üzrə hər iki tərəf kassasiya şikayəti verə, ayrı məhkəməyə müraciət edə bilər. Bilavasitə onun bu hərəkətləri konkret olaraq məhkəmələrə qarşı təzyiqdir. Tərəf müqabil olan şirkətin işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdir. Elçin Sadıqov məhkəməyə təzyiq edir. “Facebook”da konkret adlar çəkib ki, o adların şirkətə bağlığı yoxdur. Elçin Sadıqov özünü qeyri-peşəkarcasına aparıb. Şirkət də Vəkillər Kollegiyasına müraciət edib, bu, şirkətin haqqıdır. Şirkətin haqqı var ki, məhkəməyə versin. Məhkəməyə verməyib, daha yumşaq yol müəyyən edib”.

Məsələ ilə bağlı AMİP lideri Etibar Məmmədov e-huquq.az-a E.Sadıqovun fikirlərini “böhtan” adlandıraraq, münasibət bildirmək istəməyib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.