Ötən gün baş verən yanğında “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.
araz.az xəbər verir ki, məlumata görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.
Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş:
“Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”.
Qeyd edək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə “Azərbaycan Sənaye Sığorta” Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.