nuve rus2

Qərblə Rusiya arasında Ukrayna müharibəsinə görə tarixdə ən gərgin dövr yaşanır. Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bəri davam edən müharibə fonunda tez-tez gündəmə gələn nüvə müharibəsi müzakirələri yenidən alovlanıb.

Rusiya dövlət televiziyası Moskvanın nüvə hücumunun xəritəsini yayımlayıb. “Rossiya 1”də yayımlanan müzakirələrdə ekspertlər və moskvayönlü analitiklər Rusiyanın Avropanın nüvə raketləri göndərə biləcəyi şəhərlərinin xəritəsini göstəriblər.

Bu yayımdan sonra Rusiya ilə Qərb arasında gərginliyin artacağı ehtimal edilir.

Putinin Avropanın üç paytaxtına nüvə hücumu etməsi ssenarisini imitasiya edən kadrlarda Britaniya, Fransa və Almaniya paytaxtları hədəf kimi göstərilir.

Qeyd edilir ki, Rusiyadan atılacaq nüvə raketləri bir neçə saniyəyə Avropanın paytaxtlarına çata bilər. Moskvanın nüvə hücumu xəritəsini canlı yayımda yayımlayan jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin 202 saniyə ərzində xəritədən silinəcəyini bildiriblər. Rusiyalı ekspertlər belə bir hücum baş verərsə, hədəf alınan şəhərlərdə sağ qalanların olmayacağını da vurğulayıblar.

Proqramda çıxış edən sağçı siyasətçi Aleksey Juravlyov deyib ki, “Sarmat” raketi göndərsək, Britaniya adaları deyə bir şey qalmayacaq.

Başqa bir siyasətçi Avropanın da nüvə silahı ilə cavab verə biləcəyini söyləyərək, “Müharibə bu nöqtəyə gəlsə, heç kim sağ qalmaz” deyib. Juravlyov bu açıqlamadan sonra “Biz hər şeyi sıfırdan başlayırıq. Bizi dövlət terroru törətməkdə ittiham edirlər” deyib.

Televiziyada yayımlanan xəritədə raketlərin Rusiyanın Kalininqrad bölgəsindən göndəriləcəyi təqdirdə raketlərin Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çata biləcəyi bildirilib.

Bir müddət əvvəl Putin ölkəsində hazırlanan hipersəs raketlərinin bütün müasir müdafiə sistemlərini məğlub edə biləcəyini deyib. Bir neçə gün əvvəl isə Ukraynaya silah göndərən Böyük Britaniyanı vura biləcəklərini bildirmişdi.

Tahir TAĞIYEV.

araz.az xəbər portalı.