Bundan sonra “Əmək və Məşğulluq” altsisteminə daxil olan bütün vakansiyaların hər birini sistemdə görmək mümkün olacaq.
araz.az-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında bildirib.
M.Abbasbəyli qeyd edib ki, sistemdə işaxtaran özü haqqında bütün məlumatları qeyd edəcək, işə götürən də öz tələblərini daxil edəcək:
“Bundan sonra insan amili olmadan iş axtaranlar şəffaf şəkildə istədikləri işi tapa biləcəklər. Bu sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək. Əmək bazarının bütün meyilləri formalaşacaq”.
Agentlik sədri əlavə edib ki, virtual peşə hazırlığı mərkəzi yaradılıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.